Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin büdcəsi kəskin azaldılıb

Baxış: 233
2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) gəlirləri 26 milyon 959 min manat təşkil edib.
Nazirliyə istinadən verilən məlumata görə, bu, 2020-ci illə müqayisədə 2,4 dəfə azdır.

RİİN-in ötənilki gəlirlərinin 16 milyon 895 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 3,6 dəfə azdır. Hesabat dövründə nazirlik birja əməliyyatlarından 9 milyon 866 milyon manat (2,3 dəfə çox), sair əməliyyatlardan isə 198 min manat (əvvəlki il olmayıb) gəlir əldə edib.
2021-ci ildə RİİN-in xərcləri də 2,4 dəfə azalaraq 26 milyon 826 milyon manat, o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 4,6 % artaraq 5, milyon 953 milyon manat, maliyyə yardımı və sair transferləri 3 dəfə artaraq 20 milyon 123 milyon manat, sərf etdiyi materialların dəyəri 30,1% azalaraq 51 min manat, amortizasiya xərcləri 1,9 % artaraq 106 min manat, sair əməliyyat xərcləri isə 58% artaraq 594 min manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.