Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın Avropaya qaz ixracı 2 dəfə artıb

Baxış: 243
"Bu ilin 1-ci rübündə Azərbaycandan Türkiyəyə 2.2 milyard kubmetr, Avropaya 2.6 milyard kubmetr, Gürcüstana isə 1.1 milyard kubmetr təbii qaz ixrac edilib".
Sahibkartv.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında məlumat paylaşıb. 
Nazir qeyd edib ki, ilk 3 ayda Avropaya 2,6 milyard kubmetr təbii qaz ixrac edilib. "Bloomberg"in məlumatına görə, bu göstərici ötən ilin eyni dövründə 1,1 milyard kubmetr olub.
Azərbaycan 2020-ci ilin dekabr ayından Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixrac edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.