Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Marketlərdə quş əti və yumurta məhsullarının saxlanma şərtləri normalara cavab verən vəziyyətdə deyil"

Baxış: 292
"“Bravo” istisna olmaqla, adları qeyd olunan ticarət şəbəkələrinin satış nöqtələrində quş əti və yumurta məhsullarının saxlanma şərtləri texniki normalara cavab verən vəziyyətdə deyil"
Sahibkartv.az xəbər verir ki, bu, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətində bildirilir.

"Məhsulların saxlanmasında qonşuluq prinsipi pozulur, yaxud quş əti onun üçün zəruri şərtlər təmin edilməyən soyuducularda saxlanılır. Nəticədə, geriqayıtma həcmləri müqavilədə nəzərdə tutulan 2 faizdən xeyli yüksək – 6-7, bəzən 10 faizin üzərinə çıxır", - müraciətdə deyilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.