Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Morgan Stanley” neftin qiyməti üzrə proqnozunu yüksəldib

Baxış: 267
“Morgan Stanley” neftin qiyməti üzrə proqnozunu yüksəldib 


“Morgan Stanley” transmilli maliyyə korporasiyası 2022-ci ilin üçüncü və dördüncü rübləri üçün “Brent” markalı neftin bir barelinin qiyməti üzrə proqnozunu 10 dollar yüksəldib.
Artıq üçüncü rübdə dünya bazarında təklifin çatışmazlığı səbəbindən “Brent” neftinin qiyməti bir barel üçün 130 dollaradək yüksələcək.

“Morgan Stanley”in mütəxəssislərinin fikrincə, 2022-ci il ərzində qlobal neft bazarında gündəlik tədarükdə təxminən 1 mln. barel defisit müşahidə ediləcək.
İlin dördüncü rübündə analitiklər neftin qiymətini bir barel üçün 120 dollar, 2023-cü ildə isə 105 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.