Day, Month 00, Year
00: 00: 00 AM
Banklar ilk 3 ayda 500 milyon manatdan çox kreditlər üzrə faiz gəlirləri qazanıblar

Banklar ilk 3 ayda 500 milyon manatdan çox kreditlər üzrə faiz gəlirləri qazanıblar 


Azərbaycanın bank sektoru 2022-ci ilin ilk rübünü 173,9 milyon manat xalis mənfəət ilə başa vurub.
Sahibkartv.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə sektorun xalis mənfəəti 25,1 milyon manat və ya 16,9% artıb. Bank sektoru 2021-ci ilin ilk rübünü 148,8 milyon manat xalis mənfəət ilə bağlamışdı.
Sektorun 2021-ci ilin 1-ci rübündə əməliyyat mənfəəti 220,8 milyon manat ikən, 2022-ci ilin 1-ci rüündə 275,4 milyon manat təşkil edib.
2021-ci ilin 1-ci rübündə bank sektorunun 495,3 milyon manat təşkil etmiş cəmi faiz gəlirləri, 2022-ci ilin 1-ci rübündə 604,2 milyon manat olub. Sektorun qeyri-faiz gəlirləri isə 170,8 milyon manatdan 225,9 milyon manata yüksəlib. 
2022-ci ilin yanvar-mart dövründə bankların kreditlər üzrə faiz gəlirləri 501,4 milyon manat təşkil edib (ötən ilin eyni dövründə 394,2 milyon manat təşkil etmişdi).


Tarix: 22-04-2022, 20:30 Oxunub: 195


Bölməyə aid digər xəbərlər