2022-ciilin Mart ayında bankların kredit qoyuluşları 400 milyon manatdan çox artıb.
2022-ci ilin Mart ayında Azərbaycanın bank sektorunun cəmi kredit qoyuluşları 401,7 milyon manat aratarq 01 Aprel 2022-ci il tarixində 17 milyard 528,2 milyon manat təşkil edib.
Martın 1-də sektorun kredit qoyuluşları 17 milyard 126,5 milyon manata çatmışdı.
Sahibkartv.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin ilk rübü ərzində bank sektorunun kredit qoyuluşları 869,1 milyon manat artıb.
Kredit qoyuluşları, milyon manat ilə
01.04.2022 17528.2
01.03.2022 17126.5
01.02.2022 16781.4
01.01.2022 16659.1




































