Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollar indeksi yüksəlişinə davam edə bilər - GÜNƏ BAXIŞ

Baxış: 238
Bundesbank sədrinin Avrozonada faizlərin artırıla biləcəyinə dair fikirləri EUR/USD məzənnəsinə dəstək olsa da yenidən 1.09$-ın altında müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Bu, Amerika iqtisadiyyatının daha yaxşı vəziyyətdə olması ilə əlaqədardır.
Eyni texniki mənzərə GBP/USD məzənnəsində də müşahidə edilir. Təhlillərə əsasən, 101 punkt da qırılarsa, dollar indeksi qlobal yüksəlişinə davam edə bilər. 

Faiz artımı müzakirələri əlvan metallar bazarlarında qızılı da təzyiq altında saxlayır. Enerji bazarlarında isə Avropanın şərqində hərbi aktivliyin yenidən artması ilə neftə olan tələb də yüksək olaraq qalır. 
Kriptovalyuta bitkoin isə 39000$ üzərində dəstəyini qorumağa çalışır. Lakin gəlirliyin ənənəvi bazarlarda artması, burada bahalaşmanın da məhdud qalmasına gətirir. 
Məlumat Azərbaycanın İnvestAZİnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.