13:09 / 09-11-2024
10:09 / 09-11-2024
10:03 / 09-11-2024
09:56 / 09-11-2024
09:45 / 09-11-2024
09:40 / 09-11-2024
09:32 / 09-11-2024
18:13 / 08-11-2024
13:11 / 08-11-2024
13:00 / 08-11-2024
10:00 / 08-11-2024
09:30 / 08-11-2024
09:15 / 08-11-2024
09:09 / 08-11-2024
09:00 / 08-11-2024
21:39 / 07-11-2024
21:00 / 07-11-2024
20:42 / 07-11-2024
20:17 / 07-11-2024
19:43 / 07-11-2024
19:00 / 07-11-2024
18:45 / 07-11-2024
18:00 / 07-11-2024
17:44 / 07-11-2024
17:16 / 07-11-2024
16:42 / 07-11-2024
16:00 / 07-11-2024
15:30 / 07-11-2024
14:22 / 07-11-2024
14:22 / 07-11-2024
14:10 / 07-11-2024
"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək".
Sahibkartv.az xəbər veri ki. bunu Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatları zamanı Azərbaycan prezidenti İlham əliyev deyib.
Prezident qeyd edib ki,Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur: "Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı.
Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Dediyim kimi, Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək.
Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir"
Bölməyə aid digər xəbərlər