Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan bankı bir sıra hesabları bağlayacaq

Baxış: 339
“Azər Türk Bank” aprelin 25-dən etibarən bəzi bank hesablarını bağlayacaq.
Bankdan verilən məlumata görə, hesab üzrə aylıq dövriyyə minimum 1 AZN, illik dövriyyə minimum 12 AZN olduqda müvafiq hesab bank tərəfindən birtərəfli qaydada bağlanıla bilər. Eyni qayda digər valyutalarla olan hesablara da şamil edilir.
Bundan əlavə, bank hesabı üzrə bir ildən çox əməliyyat aparılmadığı təqdirdə və hesabda qalıq olduqda hesabın əməliyyat sistemində saxlanılması üçün tariflər 2 AZN-dək, digər valyutalarda isə 2 ABŞ dolları ekvivalentdə müəyyən edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.