Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025

Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Önləyici kurs
Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına təkan verib.
Məsələn, ildən-ilə sənaye parklarının iqtisadiyyatdakı rolu artır. Sənaye parklarına investisiyalar artıq qeyri-neft sektoruna qoyulan investisiyaların 23,8 %-nə çatıb. Bütün dövr ərzində onların rezidentləri 6,3 milyard manatlıq məhsul istehsal edib, 2 milyard manatlıq ixracat həyata keçiriblər.
İstehsalın və ixracın artım templəri sürətlə yüksəlir. Ən parlaq nümunələrdən biri Sumqayıt Kimya Sənaye Parkıdır. Keçən il sənaye parkının rezidentləri 700 milyon ABŞ dollarından çox dəyərində məhsul ixrac ediblər - bu, onların son 10 ildəki ixrac göstəricisi ilə eynidir!
Ümumilikdə isə ötən il sənaye parklarından məhsul ixracı 138 %, istehsal isə 76 % artıb. Qeyd olunmalıdır ki, bu tendensiya təkcə sənaye parklarında yaşanmır, digər sənaye məhsullarının da ixracı artır.
2022-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 60 %-dən çox, ixrac isə iki dəfə artıb. Enerji qiymətlərinin bahalaşmasının da buna təsir etməsinə baxmayaraq, qeyri-neft ixracı da yüksək artım templərini göstərir - 45 %.
Önləyici tədbirlər
Ötən il Azərbaycanda ÜDM artımı 3,4 % səviyyəsində proqnozlaşdırılırdı və yekunda 5,6 % təşkil etdi. Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan 6,3 % (418 milyon manat) çox olub və 7 milyard manatı ötüb. Dövlət Vergi Xidməti üzrə daxilolmalar proqnozlaşdırılandan 23,8 %, Dövlət Gömrük Komitəsi üzrə isə 23,7 % artıq olub.
Faktiki iqtisadi artım göstəriciləri proqnozları qabaqlayır və bu da bir çox amil ilə bağlıdır. Məsələn, iqtisadiyyatın “ağardılması”, əlverişli biznes və investisiya mühiti. Bütün bunlar qeydiyyatdan keçmiş müəssisələrin, vergi və gömrük daxilolmalarının artmasına, investisiyaların cəlb edilməsinə şərait yaradır.
Dövlət büdcəsinin gəlirləri proqnozdan artıqdır? Deməli, yeni layihələrə, ehtiyatların artırılmasına yönəldilə bilən izafilik var. Dövlət Neft Fondundan vəsaitə tələbat getdikcə azalır ki, bu da maliyyə “təhlükəsizlik yastığının” artırılmasına imkan verir, indiki gərgin şəraitdə (dünyada istehsal və təchizat zəncirlərindəki qırılmalar, yüksək inflyasiya və s.) isə qənaət edilən hər manat çox önəmlidir.
İqtisadi artım templəri gözləntiləri üstələyir? Deməli, sahibkarlar özlərini rahat hiss edirlər, hazırlanmış strategiyalar, imzalanan fərman və sərəncamlar effektivdir, kağız üzərində qalmırlar, həyata keçirilirlər. Birinci rübün yekunlarına əsasən, büdcə vəsaitlərinin 99 f%-indən istifadə edilib ki, bu da daha bir yaxşı göstəricidir. Dövlət maşını işləyir, özü də səmərəli işləyir.
Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda ÜDM-in nominal həcmi rekord (ilin ilk rübləri üçün) səviyyəyə - 30 milyard manata çatıb. Bu, həm də qeyri-neft ÜDM-i üzrə rekord hesab olunur - 15 milyard manat.
ÜDM-in yarıdan çoxu sənayenin payına düşür. Eyni zamanda, bu sahədə istehsalın və göstərilən xidmətlərin həcmi 20,6 milyard manat təşkil edib ki, bu da bir il əvvəlkindən 3,9 % çoxdur. Əsas artımı qeyri-neft sektoru təmin edib - il ərzində 18,1 %, neft sənayesi isə 1,1 % artıb. Sevindirici haldır ki, sənaye istehsalının və xidmətlərin böyük hissəsi (87,5 %) özəl sektorun payına düşür.
Əhalinin gəlirlərinin (18,9 %) və istehlak tələbinin (4,4 %) artması fonunda ölkədə emal sənayesində məhsul istehsalı artır. Özü də Dövlət Statistika Komitəsinin məlumatına görə, içkilərin (spirtli içkilərin bəzi növləri), tekstil məmulatlarının, ayaqqabı və dəri məmulatlarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri sahələri istisna olmaqla, bütün sahələrdə artım qeydə alınıb.
Fəal gündəm: Qarabağa diqqət
İlin əvvəli ölkədə iqtisadi hadisələrlə zəngin olub. Əhəmiyyətli hadisələrdən İranla Zəngəzur dəhlizinə dair sazişi, “Masdar” və “ACWA Power” şirkətləri ilə günəş və külək elektrik stansiyalarının tikintisinə dair sazişi, Rusiya ilə müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməni və s. fərqləndirmək olar.
Bundan başqa, Prezident İlham Əliyev Ukrayna, Rusiya və Belçikaya səfərləri nəzərə almasaq, Gəncə, Ağdam, Tərtər və Ağcabədi rayonlarına səfər edib. Bölgələrə səfərlər zamanı onlarla obyekt açılıb. Bu baxımdan Qarabağın bərpası ilə bağlı işləri xüsusi qeyd etmək istərdim.
Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb. Füzuli Beynəlxalq Hava Limanı, mehmanxanalar, yaşayış binaları və inzibati binalar, yeni yollar, bərpa edilmiş mədəniyyət və memarlıq abidələri - görülən işlərin sürəti və keyfiyyəti bütün dünyanı heyrətə gətirib.
Qarabağın bərpası sürətlə gedir. Bu il üçün 2,2 milyard manat vəsait ayrılıb ki, onun da təqribən 16 %-i artıq istifadə olunub. Ötən il də bu məqsədlər üçün 2,2 milyard manat vəsait ayrılmışdı.
Ötən il Qarabağ iqtisadi rayonunda 146, bu il isə 32 müəssisə yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda bu rəqəmlər müvafiq olaraq 44 və 7 təşkil edib. Aprelin 1-nə olan vəziyyətə görə, bu iqtisadi rayonlarda 5 704 müəssisə, 80 574 fərdi sahibkar fəaliyyət göstərir. Hazırda bu iki iqtisadi rayonun payına ölkədə qeydiyyatdan keçmiş bütün müəssisələrin təxminən 2-3 %-i (fərdi sahibkarlar baxımından isə 6 %-i) düşür. Elə də yüksək rəqəm deyil, amma yeni müəssisələrin açılmasının artım tempinin bəzi rayonların göstəricilərini üstələdiyini nəzərə alsaq, vəziyyətin tezliklə dəyişəcəyini ehtimal etmək olar.
Qarabağın inkişafında bərpa olunan enerji mənbələri sferası xüsusi yer tutur. Ölkədə alternativ enerji mənbələrinin potensialı 26 min MVt-dan artıqdır və bu həcmin 9 min MVt-dan çoxu Qarabağın payına düşür. Yəni ölkədə bərpa olunan enerji mənbələrinin potensialının üçdə birindən bir qədər çoxu işğaldan azad edilmiş ərazilərdə yerləşir.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirədə çıxışı zamanı bu sahəyə istər xarici, istərsə də yerli özəl kapitalın cəlb edilməsinin vacibliyini qeyd edib.
Bu gün mövcud qlobal problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək sabitlik və xarici dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti nümayiş etdirir. Yüksək artım göstəriciləri və qabaqlayıcı templər buna bariz nümunədir.
Bölməyə aid digər xəbərlər
Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübünü major notda başa vurub: ÜDM 6,8 % artıb, qeyri-neft sektorunda 10,3 %, qeyri-neft sənayesində isə 18,1 %-lik artım qeydə alınıb.
Mövzu ilə bağlı "Sahibkartv.az"ın analizini təqdim edirik:Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına təkan verib.

Tarix: 18-04-2022, 18:27 Oxunub: 205
Bölməyə aid digər xəbərlər
7-02-2022, 11:16
Naxçıvanda iqtisadi artım növbəti illərdə sıçrayışlı olacaq
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
24-11-2021, 09:50
İqtisadiyyat pandemiyadan əvvəlki vəziyyətə qayıdıb
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
23-08-2021, 12:59
Naxçıvanda həyata keçirilən iqtisadi siyasətin əsas qayəsi nədir?
11-08-2021, 15:01
Ağdam sənayə parkı Qarabağ regionunun bərpasını sürətləndirəcək – TƏHLİL
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
28-04-2021, 12:38
Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı barədə yeni proqnoz
28-04-2021, 11:27
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə toplanan vergilərdə rekord
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-01-2021, 14:37
Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb
31-12-2020, 15:21
Çətin ilin iqtisadi sınaqları - İCMAL
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO