Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan Rusiyaya pomidor ixracı kəskin artıb

Baxış: 267
2022-ci ilin ilk 3 ayı ərzində (1-ci rübdə) Azərbaycandan 38 milyon 822 min dollar dəyərində 31 min 763 ton pomidor ixrac edilib.
Sahibkartv.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

2021-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 21 milyon 259 min dollar dəyərində 19 min 516 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 82,6%, miqdar ifadəsilə 62,7% artıb.
2022-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 24 milyon 517 min dollar dəyərində 20 min 386 ton pomidor ixrac edilmişdi. Martda 14 milyon 305 min dollar dəyərində 11 min 377 ton pomidor ixrac edilib. 
Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.