"Azərenerji" ASC müxtəlif növ inşaat mallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.Sahibkartv.az Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Leading Supply Solutions" MMC-dir.
"Azərenerji" qalib şirkət ilə məbləği 1 milyon 107,1 min manat olan müqavilə imzalayıb.




































