Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın xarici ticarətində 5 milyard dollardan çox müsbət saldonun yarandığı açıqlandı

Baxış: 194
Azərbaycanın ixracının 91%-i neft-qaz sektoruna daxil olan mallar üzrədir.
2022-ci ilin yanvar-mart dövründə (1-ci rübdə) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 milyard 908 milyon 70 min ABŞ dolları təşkil edib.
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə itinadən xəbər verir ki, idxal 2 milyard 927 milyon 144 min ABŞ dolları, ixrac isə 7 milyard 980 milyon 927 min ABŞ dolları təşkil edib.
Nəticədə 5 milyard 53 milyon 783 min ABŞ dolları müsbət saldo yaranıb.
İxracın 91%-i və ya 7 milyard 253 milyon 723 min dolları neft-qaz sektoruna daxil olan mallar üzrədir. Digər malların idxalından daxil olan valyuta idxala çəkilən xərclərin 25%-i qədərdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.