Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran və Azərbaycan razılaşdı - 22 MİLYON DOLLAR LAZIMDIR

Baxış: 329


İranla Azərbaycan "Xudafərin” və “Qız Qalası” SES-lərdə işlərin davam etdirilməsi haqda razılıq əldə edib

İran və Azərbaycan razılaşdı - 22 MİLYON DOLLAR LAZIMDIR 


Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan və İran üzvlərinin iştirakı ilə iclas keçirilib.
İclas İranda Qız Qalası bəndində iki ölkənin nümayəndələrinin iştirakı ilə keçirilib.
İran və Azərbaycan Xudafərin və Qız Qalası elektrik stansiyaları ilə bağlı öncədən razılaşdırılmış sənədlərin icrası, eləcə də hidroqovşaq və elektrik stansiyalarında işlərin davam etdirilməsi, investisiya və podratçıların müəyyənləşməsi haqqında razılıq əldə ediblər.
İşlərin tamamlanması üçün 22 milyon ABŞ dollarından artıq xərc lazım olduğu və elektrik stansiyalarına dair müqavilənin DB qaydası ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub.
Yaxın 4 ay ərzində podratçıların müəyyənləşməsi və işlərin icrasına başlanılması proqnozlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.