Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"1 dollarlıq əskinazların baha qiymətlərə satışı və alışı qətiyyən yol verilməzdir" - 3 SƏBƏB

Baxış: 460
"Bəzi insanlar yayılan yalan - guya ki, Amerikalı iş adamı İlon Maskın 2013-cü ilə aid 1 dollarlıq əskinazları bitkoinlə dəyişəcəyi haqqında məlumatlara aldanaraq əllərində olan 1 dollarlıq əskinazların Mərkəzi Bankın elan etdiyi məzənnədən daha dəyərli olduğunu düşünərək və ya elə olmadığını bilə-bilə, dələduzluq məqsədi ilə bu əskinazları dəyərindən dəfələrlə yuxarı qiymətə müxtəlif satış platformalarında satmağa çalışırlar. Digərləri isə bu əskinazların dəyərli olduğunu düşünərək bunları almağa həvəs göstərir. Bu qətiyyən yol verilməzdir". 
Bunu Sahibkartv.az-a investisiyalar üzrə ekspert Orxan Bağırov bildirib.
O qeyd edib ki, birincisi ona görə ki, valyuta mübadiləsi lisenizyalı fəaliyyət növüdür və onun lisenziyasız açıq və ya gizli satışı qanunla qadağandır. 
İkincisi bu vergi qeydiyyatı tələb edən sahibkarlıq növüdür və əks halda fəaliyyəti qanunla qadağandır.
"Üçüncüsü bu insanlar satış edərkən bu əskinazların dəyərli olduğunu iddia etdiyi üçün bu hüquq-mühafizə orqanları tərəfindən dələduzluq kimi də qiymətləndirilə bilər, hansı ki, bu da öz növbəsində qanunla qadağandır.
Vətəndaşlarımızı diqqətli olmağa və belə spekulyasiyalara inanmamağa çağırıram".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.