Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"“Azəristiliktəchizat”ın "Azəriqaz"a 41 milyon manat borcu var"

Baxış: 477
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi"nə bu il üzrə mövsümü borcu 41 milyon manat təşkil edib.
Bunu “Azəriqaz” İstehsalat Birliyi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. O qeyd edib ki, “Azəriqaz” debitor borc məsələsinə həssas yanaşır:

"“Azəriqaz” topdan satış olaraq "Azərkontrakt"dan aldığı qazın pulunu, eyni zamanda 8500 işçinin əmək haqqını ödəməlidir. Ona görə də borcların operativ toplanmasına diqqət yetirilir".
E.Vəliyev bildirib ki, ötən il məsələ ictimailəşdi və hökumət səviyyəsində həllini tapdı. Bu il isə hesablanan debitor borc 41 milyon manatdır. Bununla belə, “Azəristiliktəchizat” məbləğin müəyyən hissəsini mübahisələndirib. “Azəriqaz” isə borcun tam təmin edilməsində israrlıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.