Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Kapital Bank” audit olunmuş maliyyə göstəricilərini açıqladı - 240 MİLYON MANAT XALİS MƏNFƏƏT

Baxış: 322
“Kapital Bank” ASC 31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə müstəqil auditorun hesabatı ilə birlikdə konsolidasiya edilmiş maliyyə hesabatlarını dərc edib.
Sahibkartv.az hesabatlara xəbər verir ki, “Kapital Bank” 2021-ci ili 240 milyon 459 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 253 milyon 836 min manat xalis mənfəət ilə bağlamışdı.

Bankın 2020-c ildə 416 milyon 950 min manat təşkil etmiş faiz gəlirləri 2021-ci ildə 443 milyon 80 min manata, 2020-ci ildə 136 milyon 211 min manat təşkil etmiş qeyri-faiz gəlirləri isə 2021-ci ildə 170 milyon 963 min manata yüksəlib.
BANK BÖYÜYÜB
“Kapital Bank” 31 Dekabr 2021-ci il tarixində 6 milyard 761 milyon manat 343 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 519 milyon 429 min manat cəmi kredit portfülinə malik olub. Bank 2020-c ilin sonunda 5 milyard 264 milyon 933 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 61 milyon 516 min manat cəmi kredit portfelinə malik idi.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.