Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın logistika şirkəti gəlir və mənfəətini açıqladı

Baxış: 302
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi yük agenti “EL Logistics Group” Qapalı Səhmdar Cəmiyyəti 2021-ci ili 89 min 650 manat xalis mənfəət ilə başa vurub.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “EL Logistics Group”un cəmi gəlirləri 3 milyon 647 min manat, cəmi xərcləri 3 milyon 558 min manat təşkil edib. 

31 Dekabr 2021-ci il tarixində “EL Logistics Group” 1 milyon 56 min manat cəmi aktivlərə, 964 min manat cəmi öhdəliklərə və 92 min manat cəmi kapitala malik olub.
“EL Logistics Group” şirkəti dəmir yolu yük daşımalarının həyata keçirilməsi üzrə müvafiq logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.