20:47 / 26-11-2024
20:21 / 26-11-2024
19:42 / 26-11-2024
19:19 / 26-11-2024
18:52 / 26-11-2024
18:24 / 26-11-2024
17:39 / 26-11-2024
16:00 / 26-11-2024
15:00 / 26-11-2024
14:22 / 26-11-2024
14:00 / 26-11-2024
13:25 / 26-11-2024
13:15 / 26-11-2024
13:09 / 26-11-2024
12:49 / 26-11-2024
12:39 / 26-11-2024
12:34 / 26-11-2024
12:06 / 26-11-2024
11:22 / 26-11-2024
11:08 / 26-11-2024
09:56 / 26-11-2024
09:52 / 26-11-2024
09:49 / 26-11-2024
09:45 / 26-11-2024
09:00 / 26-11-2024
22:13 / 25-11-2024
21:43 / 25-11-2024
“Rusiya Dəmir Yolları” QSC yükdaşımaların coğrafiyasını dəyişməyə hazırdır. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “TransRusiya” forumunda QSC-nin baş direktorunun birinci müavini Sergey Pavlov deyib.
“İndi biz görürük ki, yüklər Transxəzər marşrutları, Qazaxıstan, Azərbaycan vasitəsilə qərbdən şərqə, eləcə də cənuba yönəldilir. Bu, yeni çağırışdır və biz buna hazırıq”, - Pavlov bildirib.
O, həmçinin qeyd edib ki, yüklərin yeni marşrutlara istiqamətləndirilməsi infrastrukturun daha da inkişaf etdirilməsini tələb edir. Buna görə də şirkət şərq poliqonunun ötürmə qabiliyyətinin və daşıma qabiliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
“Rusiya Dəmir Yolları” Dərbənd (Dağıstan) sərhəd-keçid məntəqəsinin layihələndirilməsi və inkişafı üzrə işləri başa çatdırır, həmçinin bu il yeni Nijneleninskoye (Yəhudi Muxtar Vilayəti, Rusiya) – Tontszyan (Çin Xalq Rerpublikası) keçid məntəqəsinin açılmasını gözləyir.
Bundan əlavə, forum çərçivəsində “Rusiya Dəmir Yolları” və FESCO nəqliyyat şirkəti konteyner daşımalarının təşkili texnologiyalarının birgə işlənməsi haqqında razılığa gəliblər. Müqavilə çərçivəsində müntəzəm dəmir yolu konteyner xidmətlərinin, o cümlədən beynəlxalq istiqamətlərə daşınması üçün proqramların birgə hazırlanması planlaşdırılır.
Bölməyə aid digər xəbərlər