Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Qəhrəmanlığa görə futbolçularıma təşəkkür edirəm” - Şevçenko

Baxış: 422

“Oyundan əvvəl yarımmüdafiə xəttini bir az möhkəmləndirməyə qərar verdik. Yarımmüdafiəçilər çox işləməli idi”. 
Sahibkartv.az xəbər verir ki, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/8 finalında İsveçə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 
O, komandanın oyunundan razı qaldığını ifadə edib: “Oyuna nəzarət etməyə çalışdıq, amma bu matçın hər anında alınmadı. Lakin, ümumilikdə tapşırıqları yerinə yetirdilər. Tələsmədik və topu yaxşı saxladıq, nəticədə ilk qolu vurduq. Rəqib yaxşı oynadı və maraqlı qarşılaşma alındı. Dramatik matç keçdi. Bizi dəstəkləməyə gələn hər kəsə minnətdaram. Mənim ailəm də, övladlarım da stadionda idi. Nəticə qazanmaq arzum idi. Futbolçularımın qəhərmanlığına görə onlara təşəkkür edirəm. Prezidentimizə minnətdaram ki, zəng edib dəstək oldu.  Ukraynanı sevindirdik”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.