Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Neftçi"də yeni baş məşqçinin kimliyi bilindi - FOTO

Baxış: 218
"Neftçi"də yeni baş məşqçinin kimliyi bilindi - FOTO


"Neftçi"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sahibkartv.az sportinfo.az-a istinadla bildirir ki, Roman Qriqorçukla yolları ayıran "Ağ qaralar" Samir Abasovla bütün detallarda razılıq əldə edib.
Abasov hazırda "Sumqayıt"ın baş məşqçisidir.
O, son anda hər hansı problem çıxmazsa, yaxın günlərdə "kimyaçılar"la yolları ayırıb, sabiq komandasında işə başlayacaq.
46 yaşlı mütəxəssisin son açıqlamasında "Neftçi" ilə bağlı sualı cavabsız qoyması da təsadüf deyil.
O, hazırkı məqamda deyəcəyi hansısa ifadənin danışıqlara mənfi təsir edəcəyindən ehtiyat edir.
Bu barədə onun yaxın ətrafından bilgi əldə etmişik.
Xatırladaq ki, Abasov "Neftçi" tarixinə adını uğurlu məşqçi kimi yazdıra bilib.
Belə ki, paytaxt klubu son çempionluğunu 2020/21 mövsümündə məhz Samir Abasovun baş məşqçi olduğu dönəm qazanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.