Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"

Baxış: 126
Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"


Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda ifadə verənlərdən bir də onun oğlu general-mayor Timur Mehdiyevdir.
“Günün səs”i xəbər verir ki, o, şahid qismində dindirilib.
T.Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib və yaddaşı pozulub.

“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, - o söyləyib.

Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü  — dövlətə xəyanət və 193-1.3.2-ci  — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulma maddələri ilə ittiham olunub.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.