Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda Ayrıldığı 14 yaşlı sevgilisinin intim görüntülərini yaydı - HƏBS EDİLDİ

Baxış: 171
Bakıda Ayrıldığı 14 yaşlı sevgilisinin intim görüntülərini yaydı - HƏBS EDİLDİ


Bakıda yetkinlik yaşına çatmayan qızın görüntülərini sosial şəbəkələrdə yayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
 “Qafqazinfo” xəbər verir ki, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, instagramda tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə edərək özündə saxlayıb. Malik qızın qohumlarının telefon nömrəsini də ondan tələb edərək alıb. Bir müddət sonra münasibətlərinin pozulmasını və qızın onu sosial şəbəkədə bloklamasını bəhanə edərək görüntüləri olan 5 müxtəlif videonu onun anasına və digər qohumlarına göndərib.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Malik 5 il həbs cəzasına məhkum edilib. Oktyabrın 1-i keçirilən son məhkəmə iclasında o həbs olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.