Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir

Baxış: 72
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir


Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi ekoloji problemə çevrilib.

Son onilliklərdə müşahidə olunan dayazlaşma sahil xəttinin nəzərəçarpacaq dərəcədə dəyişməsinə səbəb olub. Xəzər dənizinin səviyyəsi son 48 ilin minimum göstəricisinə düşüb.

Məlumata görə, son 30 ildə dənizin səviyyəsi təxminən 2,5 metr aşağı enib. Dayaz sahələrdə suyun geri çəkilməsi daha aydın görünür və sahil xəttində ciddi dəyişikliklər qeydə alınır.

Mütəxəssislər Xəzərin dayazlaşmasının əsas səbəbləri sırasında iqlim dəyişikliklərini, qlobal istiləşməni, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasını, eləcə də dənizə daxil olan çay sularının həcminin dəyişməsini göstərirlər. Xəzərin su balansında Volqa çayı xüsusilə böyük rol oynayır.

Proqnozlara görə, Xəzərin səviyyəsi Baltik yüksəklik sisteminə əsasən mənfi 30 metr həddinə qədər enərsə, Azərbaycanın bəzi dayaz sahillərində dəniz xətti indiki mövqeyindən kilometrlərlə uzaqlaşa bilər. Ayrı-ayrı ərazilər üzrə geri çəkilmənin 12 kilometrə qədər çata biləcəyi bildirilir.

Belə davamlı azalma limanların fəaliyyəti, gəmiçilik, sahilyanı infrastruktur və Xəzərin ekosistemi üçün də ciddi nəticələr yarada bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.