
Mingəçevir şəhərində ağac yaşayış binasının üstünə aşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.
Mingəçevir Şəhər Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən 9 saylı uşaq bağçasının həyətindəki irigövdəli şam ağacı kökündən qırılıb və yaxınlıqdakı 3 mərtəbəli binanın üstünə düşüb.
Nəticədə mənzilə ciddi zərər dəyib.
Ev sahibi bildirib ki, əvvəllər bu ağacın təhlükəli olması barədə aidiyyəti qurumlara müraciət etsə də, tədbir görülməyib.
Ərazidən görüntüləri təqdim edirik:







































