
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.
Bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
***
01.56
Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.







































