Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib

Baxış: 81
Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib


Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub.

Hadisə rayonun Sabirkənd kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan Bakı-Tbilisi-Bakı sərnişin qatarı qəfil dəmiryoluna çıxan kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.

24 yaşlı gənc aldığı xəsarətlərdən elə hadisə yerində həyatını itirib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

ADY-dən bildirilib ki, bu gün gecə saat 2 radələrində Zəyəm-Dəllər sahəsində 135 km/saat sürətlə hərəkətdə olan Tbilisi-Bakı qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb.

Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

ADY bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.