Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Baxış: 54
Dilqəm Əsgərova qarşı cinayət işi açıldı


Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb.

Sahibkartv.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub. O, ifadəsində atasının Şəmkir rayonunun Çinarlı qəsəbəsində ona hücum çəkdiyini və dəmir parçası ilə xəsarət yetirdiyini iddia edib. Faktla bağlı başladılan cinayət işi çərçivəsində K.Əsgərov zərərçəkmiş şəxs qismində tanınaraq məhkəməyə çağırılıb.

İclas sentyabrın 2-nə təyin olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.