Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Baxış: 81
Nigar Fərhadın ərini DTX həbs edibmiş


Teleaparıcı Nigar Fərhadın ötən gün saxlanılması yenidən onun rəhbərlik etdiyi “AİD Group”la bağlı məsələni gündəmə gətirib.

Xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi üzrə zərərçəkənlərin sayı günbəgün artır. Onlar şikayətlərini eyni zamanda sosial şəbəkələr üzərindən ictimailəşdirməyə başlayıblar.

Bu məqamda məlum olub ki, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə bir müddət əvvəl məhz Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilib. Bu haqda Baku.es məlumat yayıb.

Artıq şirkətin rəhbəri Nigar Fərhad da daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Gün ərzində Nigar Fərhadın barəsində də həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “AİD Group” xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, eyni zamanda müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yəhyazadə isə əsasən Amerikanın Nyu-York şəhərində yaşayır, peşəkar İT mütəxəssisidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.