Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nigar Fərhad SAXLANILDI

Baxış: 72
Nigar Fərhad SAXLANILDI


“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad saxlanılıb.

 “Real Azərbaycan” xəbər verir ki, o, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, N.Fərhadın xaricdə təhsil xidmətləri göstərmək adı altında çoxsaylı vətəndaşlardan pul aldığı, müxtəlif vədlər verdiyi, lakin həmin vədləri yerinə yetirmədiyi bildirilir. Hazırda məsələ ilə bağlı araşdırma aparıldığı qeyd olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl Nigar Fərhadın həyat yoldaşı Samir Yəhya­zadə də cinayət məsuliyyətinə cəlb edilib. Onun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirildiyi bildirilir.

Məhkəmənin qərarı ilə Samir Yəhya­zadə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı araşdırmanın nəticələri və Nigar Fərhadın hüquqi statusu barədə əlavə məlumat əldə olunduqca ictimaiyyətə məlumat veriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.