Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər

Baxış: 72
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Aqşin Əsgərov və Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Məhkəmə təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib, onlara hüquq və vəzifələrini izah edib.

Məhkəmə tərkibi qısa müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verildiyini elan edib. Növbəti proses sentyabrın 8-i saat 12:30-a təyin olunub.

Xatırladaq ki, hadisə fevralın 4-də Bakının Xətai rayonu ərazisində baş verib.

42 yaşlı Bakı sakini Neapol küçəsində yerləşən kafelərin birində iki nəfərin onu döyərək sağlamlığına zərər vurması barədə polisə məlumat verib.

Zərərçəkmiş daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparıldığını və ondan 25 min manat tələb edildiyini bildirib. O, pulu verməyəcəyi halda həyat və sağlamlığı üçün təhlükə yaradacaq zorakılıqla hədələndiyini deyib.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov və 36 yaşlı Səxavət Məmmədov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunublar. Barələrində həbs qətimkan tədbiri seçilib.//Lent.az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.