Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kiyevə dəhşətli hücum: Çox sayda ölən və yaralı var

Baxış: 81
Kiyevə dəhşətli hücum: Çox sayda ölən və yaralı var


Rusiya ötən gecə Ukrayna paytaxtına növbəti kütləvi hücumu həyata keçirib.

Ukrayna mənbələri xəbər verir ki, hücum zamanı həm reaktiv dronlardan, həm də qanadlı və ballistik raketlərdən istifadə olunub.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən paytaxtda hücum nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb. Xilasedicilərin məlumatına görə, paytaxtın Svyatoşinski, Darnitski və Solomyanski rayonlarında zərbələr, ziyan və yanğınlar qeydə alınıb.
Atılan atəş nəticəsində yaşayış binalarının və tibb müəssisəsinin pəncərələri sındırılıb, avtomobillərdə, qarajlarda və mağazada yanğınlar baş verib.

Kiyev Dövlət Fövqəladə Hallar Xidməti təcili yardım xidmətlərinin nəticələrin aradan qaldırılması üzərində işlədiyini bildirib. Hazırda şəhərdə hava hücumundan müdafiə qüvvələri hücumları dəf edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.