Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qusara qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü - DİN-dən çağırış

Baxış: 108
Qusara qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü - DİN-dən çağırış


Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb.

Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciəvi hadisə baş verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

DİN Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb.

"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır" - deyə, müraciətdə vurğulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.