Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

Baxış: 63
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı


Zaqatala rayonunda icra başçısının sürücüsünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə avqustun 9-da rayonun Muxax kəndinin girişində baş verib.

"Opel" və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Laçın Qüdrət oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2005-ci il təvəllüdlü İbadulla Əli oğlu Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zaqatala Rayob Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məlumata görə, hadisədə həyatını itirən L.Həsənov Zaqatala rayon icra başçısının sürücüsü olub.\\oxu.az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.