
Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Hadisə nəticəsində 3 nəfər ölüb.
Bunlar “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, “Toyota”da olan Mütəllibov Rəşad Yaşar oğlu və Balakən rayon Sarıbulaq kənd sakini olan digər şəxsdir.







































