Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu

Baxış: 63
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu


İyulun 10-u Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində gəmilərə dronlarla həyata keçirdiyi hücumlar zamanı azərbaycanlıların idarə etdiyi bir gəmiyə də zərbə endirilib.

Medianews.az xəbər verir ki, dron hücumu nəticəsində “Turbo SM” adlı gəminin ön tərəfi, üstü zədələnib, arxa lövbəri qopub.

“Turbo SM” quru yük gəmisidir, Komor adaları bayrağı altında üzür, dron hücumu zamanı Azov limanında dayanıbmış.

Gəminin kapitanı, kapitan köməkçiləri və digər heyət üzvlərinin hamısı azərbaycanlıdır. Xoşbəxtlikdən “Turbo SM”də heç kim yaralanmayıb.

“Turbo SM” dron zərbəsinə məruz qalmamışdan əvvəl gəmidəki həmyerlilərimiz ətrafdakı gəmilərə hücumları videoya çəkirmişlər.

Xatırladaq ki, iyunun 5-i Azov dənizində dron hücumları zamanı azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” adlı yük gəmiləri vurulmuş, 25 nəfər Azərbaycan vətəndaşından 4-ü, o cümlədən hər iki gəminin kapitanı həlak olmuş, bir neçə nəfər yaralanmışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.