Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı

Baxış: 108
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı


Ötən gün paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

“Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.