22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Prezident bununla bağlı Qaydanı təsdiq etdi.Prezident İlham Əliyev 2022-ci il 11 aprel tarixli Fərmanla “Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldəolunan vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.
Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldəolunan vəsaitdən istifadə qaydasını müəyyən edir.
Qeyd ediilən mənzillərin satışından əldəolunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibəəlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək, onların mənzillə təminatı proqramı daha da genişləndiriləcək.
Qaydaya əsasən, Nazirlik həmin binalardan satışı nəzərdə tutulan mənzillərin sayını müəyyən edəcək vəbu barədə məlumatı rəsmi internet saytında ictimaiyyətə açıqlayacaq.
Satışa çıxarılan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini müstəqil qiymətləndirici müəyyən edəcək. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək.
Mənzillərin satışı Nazirliyin saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Onlayn qaydada satış zamanı Nazirliyin saytı vasitəsilə mənzilləri əldə etmək istəyən hüquqi və fiziki şəxslərin qeydiyyatı və onların elektron kabinetlərində mənzillərin satışı iləbağlı bildirişlərin yerləşdirilməsi vəonlara satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması, mənzil seçiminin həyata keçirilməsi təmin ediləcək.
Satışa hazırlıq məqsədilə Nazirlik mənzillərədair məlumatları (mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı, mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, mənzilin ümumi sahəsi, mənzildəki otaqların sayı, mənzilin təmir vəziyyəti, təmirin aparıldığı vaxt) hazırlayıb satış qiymətini müəyyən edəcək. Mediada və rəsmi internet saytında satışın başlanması tarixinə azı 15 gün qalmış satış elanı veriləcək.
Mənzillərin satışı Nazirliyin saytı vasitəsiləonlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır vəhəmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılacaq. Mənzilin seçildiyi vaxtdan etibarən 10 gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdiriləcək.
Mənzili seçən şəxslə Nazirlik arasında mənzilin seçimi başa çatdıqdan sonra 10 gün müddətində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılacaq.
Mənzilllərin hərrac vasitəsilə satışı qaydasını isə Nazirlər Kabineti dövlət başçısı ilərazılaşdırmaqla üç ay müddətində təsdiq edəcək.
Bölməyə aid digər xəbərlər