15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
"Cənab Prezident Avropa çempionatı haqqında ətraflı məlumat verdikdən sonra hamı ilə tək-tək görüşdü. Mənə çatıb salam verəndə əlimi möhkəm sıxdı. Dedi ki, yadımdadır, Qubadlıda mənə söz vermişdin, səni təbrik edirəm".
Bunu "Sahibkartv.az"a açıqlamasında açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.
87 kq-da çıxış edən idmançı ölkə başçısının bütün idmançıları diqqətdə saxladığını bildirib: "Mən də öz növbəmdə soruşdum ki, yadınızda qalmışam. Cavab verdi ki, elə şey olar, çıxışlarını izləyirəm. Prezidentlə Qubadlıda görüşəndə söz vermişdim ki, yarışlarda qazandığım uğurları Sizə həsr edəcəyəm".
Abbasovun sözlərinə görə, Prezident İlham Əliyevin güləşçiləri qəbul etməsi onlar üçün böyük həvəs və stimuldur: "Yarışlarımızı izləyir, bizə dəyər verir. Son Avropa çempionatındakı erməni təxribatı haqqında danışdı. Gələcək yarışlarda da qələbə qazanmalıyıq ki, cənab Prezidenti, xalqımızı sevindirək. Görüş zamanı bildirdi ki, güləş bizim dədə-baba idmanımızdır. Gənclər və İdman Nazirliyinə, həmçinin Azərbaycan Güləş Federasiyasına tapşırıq verdi ki, bu idman növünə xüsusi diqqət yetirin".
Bölməyə aid digər xəbərlər