20:46 / 25-11-2024
20:23 / 25-11-2024
19:45 / 25-11-2024
19:18 / 25-11-2024
18:53 / 25-11-2024
18:24 / 25-11-2024
18:18 / 25-11-2024
17:42 / 25-11-2024
17:17 / 25-11-2024
16:41 / 25-11-2024
16:00 / 25-11-2024
15:30 / 25-11-2024
14:58 / 25-11-2024
14:22 / 25-11-2024
14:13 / 25-11-2024
13:42 / 25-11-2024
13:02 / 25-11-2024
12:38 / 25-11-2024
12:33 / 25-11-2024
11:45 / 25-11-2024
10:58 / 25-11-2024
10:54 / 25-11-2024
10:03 / 25-11-2024
09:59 / 25-11-2024
09:54 / 25-11-2024
09:50 / 25-11-2024
09:45 / 25-11-2024
09:40 / 25-11-2024
09:36 / 25-11-2024
09:00 / 25-11-2024
Fərdi istehlakın artım tempinin səngiməsinə baxmayaraq, ölkənin ərzaq təminatında böyük paya malik olan Rusiya və Ukraynadan ərzaq məhsulları idxalındakı fasilələrin yaranması səbəbindən Azərbaycanda istehlak qiymətlərinin orta illik artımı 2022-ci ildə 7% təşkil edəcək.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni "Asian Development Outlook 2022" hesabatında bildirilir.
2023-cü ildə isə ortaillik infyasiyanın zəifləyərək 5,3% səviyyəsinə enəcəyi proqnozlaşdırılır. AİB-ə görə, sosial yönümlü dövlət xərclərinin, dövlət qulluqçularının əməkhaqlarının və minimal əməkhaqqının qaldırılması inflyasiyanın sürətlənməsinə təkan verəcək.
"Neft qiymətlərinin yüksək olması səbəbindən məzənnənin sabit olaraq qalacağı proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir, hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə monetar siyasət yumşaldıla bilər", - hesabatda qeyd edilir.
Hesabata vurğulanır ki, AMB depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması və manatının məzənnəsinin azalmasına səbəb ola bilən təzyiqlərin tənzimlənməsi yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək.
Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri ortaillik müqayisədə 12,2% artıb. Ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib.
Bölməyə aid digər xəbərlər