Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Toponimiya komissiyasının tərkibi dəyişdirilib

Baxış: 563
Toponimiya komissiyasının tərkibində dəyişiklik edilib.
“Sahibkartv.az”ın xəbərinə görə, bununla bağlı “Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi” barədə qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə Toponimiya komissiyasının vəfat edən üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Komissiyanın üzvlərinin siyahısından çıxarılıb.
Onlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovla əvəzlənib.
Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İman Eminov isə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilk şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə ilə əvəz edilib.
Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.