Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa Şurasının Baş katibi: “Azərbaycanla bağlı plan yeni əməkdaşlıq sahələrini əhatə edir”

Baxış: 253
“2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planı Avropa Şurası və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib”.
“Sahibkartv.az” xəbər verir ki, bu fikirləri Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, bu, yeni plan deyil, belə ki, AŞ təşkilata üzv digər ölkələrlə əməkdaşlıq çərçivəsində də bu cür sənədlər hazırlayır. 2022-2025-ci illəri əhatə edən sözügedən Fəaliyyət Planı Azərbaycan üçün artıq üçüncü plandır.
Baş katib Azərbaycanın 2019-cu ildə AŞ-nin Lansarote Konvensiyasını ratifikasiya etdiyini, həmçinin AŞ-nin hüquqi təcrübənin yenilənməsində Azərbaycana kömək etdiyini xatırladıb.
Mariya Peyçinoviç-Buriç 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının süni intellekt, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, insan alverinə qarşı mübarizə kimi yeni əməkdaşlıq sahələrini əhatə etdiyini əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.