Day, Month 00, Year
00: 00: 00 AM
“Atam məni döyüb, ayağımı burdu”, - deyən uşaq kömək istədi - VİDEO

Ağlayaraq və axsayaraq ailəsindən qaçan iki yaşlı uşaq qarşısına çıxan qadından kömək istəyib.
Bununla bağlı kadrları 360 TV yayımlayıb.
Kadrlarda nəzarət keçid məntəqəsində xidmətdə olan Yelenanın uşağı qarşılaması əks olunub.
[video=]
Hadisə Rusiyanın Dmitrov şəhərində baş verib.
Qadının sözlərinə görə, uşaq zibil çənlərinin yanında dayanmışdı.
“Yolda özünü itirmiş halda durmuşdu. Ətrafa baxdım, heç kim yox idi. Mən yaxınlaşdım,  düşündüm ki, bəlkə bu yaxınlarda hansısa evdən çıxıb. Nəzarət məntəqəsinə gətirdim, yedizdirdim, çay verdim”, - deyə qadın olanları danışıb.
“Ancaq yolu göstərib, “ana, ana” deyirdi”, - deyə Yelena bildirib.
Onun sözlərinə görə uşağın dodağı partlamışdı, üz-gözündə göy izlər var idi, bəziləri artıq saralmışdı (yəni köhnə yaraların izidir). Bundan başqa uşaq axsayırdı.
Uşaq atasının onun ayağını burduğunu deyib:
“O, mənə dedi ki, anası da, atası da onu döyürdü”, - deyə qadın bildirib.  
Yelena siqnal düyməsinə basdıqdan sonra Rusiya Qvardiyasının əməkdaşları çağırışa gəliblər.
Uşaq dərhal xəstəxanaya yerləşdirilib. Məlum olub ki, uşağın cəmi üç yaşı var. Onda beyin silkələnməsi, yuxarı çənə sümüklərinin sınığı, göyərmələr və əziklər müəyyən edilib.
Məlum olub ki, anasının yaşadığı kişi mütəmadi olaraq oğulluğunu döyürmüş.
Kişi saxlanılıb. İstintaq zamanı o, uşağı sevmədiyi üçün tez-tez döydüyünü etiraf edib. Kişiyə qarşı işgəncə maddəsi ilə cinayət işi qaldırılıb.
Moskva Prokurorluğu nəzarəti öz üstünə götürüb.


Tarix: 21-07-2020, 09:02 Oxunub: 117


Bölməyə aid digər xəbərlər