22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə BQXK arasında uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanla BQXK arasında Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən fəaliyyət qeyd edilib.
BQXK prezidenti Azərbaycanla əməkdaşlığa açıq olduğunu və bu illər ərzində həyata keçirilən işbirliyindən məmnun olduqlarını ifadə edib.
Ceyhun Bayramov itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə eyni zamanda Azərbaycanın azad edilmiş ərazilərində minalar və onların doğurduğu humanitar fəlakət məsələsi müzakirə mövzusu olub.
Tərəflər mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün əməkdaşlığı üzrə fikir mübadiləsi aparıblar.
Həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bölməyə aid digər xəbərlər