Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hikmət Hacıyev “Haber Global”a müsahibə verib - VİDEO

Baxış: 263
“Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalmaqdadır. Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur”.
Bunu Azərbaycanı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən də lazımi tədbirlər görülür: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumatlarımızı təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin”,-  deyə Prezidentin köməkçisi bildirib.
O, qeyd edib ki, belə halların olması təəssüfedicidir, lakin vəziyyət tam olaraq nəzarət altındadır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.