Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Göyçayda güclü külək ağacları aşırıb, elektrik kəsilir

Baxış: 251
Bu gün saat 14:00 radələrindən başlayaraq Göyçay rayonunda əsən və hazırda davam edən güclü külək fəsadlar törədib.
APA xəbər verir ki, küləyin təsiri nəticəsində Göyçay şəhərində və kəndlərdə 10-a yaxın iri gövdəli çinar, qovaq ağacı aşıb, yollarda hərəkət edən bir neçə avtomobil əzilib, elektrik naqilləri qırılıb. Nəticədə Göyçay şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb.
Hazırda küçələrə yıxılmış ağacların kəsilərək götürülməsi, avtomobillərin hərəkətinin təmin edilməsi və əhalinin elektrik enerjisi ilə təmin olunması üçün işlər görülür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.