Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Müstəqillik dövründə bir milyondan çox şəxsin soyad sonluğu dəyişdirilib

Baxış: 917
"18 yaşına çatmış hər Azərbaycan vətəndaşı adını, hətta soyadını da dəyişdirə bilər"
“Müstəqillik qazandığımız gündən bu günədək 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib”.
Bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.
O bildirib ki, cari ildə isə 8000-ə yaxın şəxsin soyad sonluğu milliləşdirilib.
N. Səfərli deyib ki, qaydalar qəbul olunduqdan indiyə qədər, yəni 11 il ərzində 24 mindən çox şəxsin ad və soyadı dəyişdirilib:
"Ümumiyyətlə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə olan müraciətlərin sayında artım müşahidə olunur. Ancaq əhali arasında soyad sonluğu ilə soyadın dəyişdirilməsi məsələsində qarışıqlıq yaranır. 18 yaşına çatmış hər Azərbaycan vətəndaşı adını, hətta soyadını da dəyişdirə bilər" - o deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.