Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Almaniyada miqrantlarla qarşıdurmada beş polis yaralandı - VİDEO

Baxış: 214
Almaniyanın Frankfurt-Mayn şəhərində üç minə yaxın insanın açıq havada küçə şənliyi etmək istəməsindən sonra başlayan qarşıdurmada beş polis yaralanıb.
“Deutsche Welle” xəbər verir ki, saxlanılan qırx nəfərdən çoxu miqrantlardır.
Tutulanlardan doqquz nəfərin Frankfurt sakini olduğu, qalanların digər ərazilərdən gəldiyi bildirilir.
Yerli mətbuatın yazdığına görə, Frankfurtda ictimai həyatda məhdudiyyətlər qaldırıldıqdan sonra gənclər arasında populyarlaşan kütləvi küçə şənlikləri ekoloji problemlər də yaradıb. Bələdiyyə xidmətləri şəhərin ətrafında əlavə 400 zibil qutusu qoyub.
[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.