Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2% artıb və bu, ən yüksək tarixi göstəricidir.





































