Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: “Ermənistan öhdəliklərə əməl etmir”

Baxış: 264
“Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması prosesinə dair ziddiyyətli açıqlamalar verir və öhdəliklərə əməl etmir”.
Sahibkartv.Az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi dövlət sərhədinin müəyyənləşməsindən keçir.
“Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasını dəstəkləyir. Ermənistan isə hansısa ön şərt irəli sürmə cəhdlərini ortaya qoyur”, - deyə Ceyhun Bayramov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.